Onananın Lamborghini Urus u cərimə meydançasına aparılıb

09.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Mançester Yunayted"in qapıçısı Andre Onananın avtomobili cərimə meydançasına aparılıb

İdman.biz xəbər verir ki, buna səbəb onun idadərə etdiyi "Lamborghini Urus"un sığorta müddətinin bitməsi olub.

İngiltərə qanunlarına görə, kamerunlu qolkiper 14 gün ərzində sığortanı təqdim etməklə avtomobilini cərimə meydançasından azad edə bilər. Əks halda Onanının dəyəri 350 min funt-sterlinq qiyməti olan maşını ya satılacaq, ya da məhv ediləcək.

Qeyd edək ki, Onana 2023-cü ildə 50 milyon funta "İnter"dən transfer olunub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью