Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağcabədi rayonunda qadın və həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıblar.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Ağabəyli kəndində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı - 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya əməliyyat olunublar.
İlkin ehtimala görə, Ə.Ağayev əvvəlcə arvadı M.Ağayevanı bıçaqlayıb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.