Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“...Nemət Pənahlının istintaqa ifadələrindən də bəlli olur ki, 1988-ci ilin fevral-may aylarından bəri Vəzirov başda olmaqla o da, Əbülfəz Əliyev də dəfələrlə hökumət rəhbərləri ilə görüşlər keçirib, onların qoyduqları tələblərlə razılaşıblar.
Mən isə cəmi bircə dəfə Vəzirovla görüşdə iştirak etmişdim...” 1988-ci il noyabrın 17-də başlanan və sonradan Meydan Hərəkatı adlanacaq hərəkatın ilk mitinqlərinin təşkilatçısı Ənvər Əliyev “Meydan sirləri” kitabında(səh.100-101) yazır ki, hələ 1988-ci il oktyabrın axırında yaşadığı aspirantların yataqxanasında gənc alimlərlə görüş zamanı sonradan AXC lideri və ölkə prezidenti olacaq və “Elçibəy” ləqəbi ilə məşhurlaşacaq Əbülfəz Əliyev “mitinq kimi çətin bir işin öhdəsindən yalnız sizin gələ biləcəyinizi” deyərək ona dəstək verib.
Amma cəmi 4 il sonra 1992-ci ilin aprelində Əbülfəz bəy Zərdüşt Əlizadənin təsisçisi və baş redaktoru olduğu “İstiqlal” qəzetinə verdiyi müsahibədə özünün “Meydana ilk dəfə gələnləri mitinqlərə kim gətirmişdi?
sualının qarşılığında “DTK(rusca- “KQB”-S.L.) gətirmişdi?” deyə soruşan müxbirə “Bəli, sonradan bəlli oldu ki, bunun başlanğıcını DTK başladıb...” cavabını verir və bu minvalla dolayısıyla ilk mitinqlərin təşkilatçısı kimi Ənvər Əliyevi də sovet “KQB”-si ilə əməkdaşlıqda ittiham edir?
Bunu necə izah etmək olar?.. Ənvər Əliyev həmin müsahibəsindən sonra Əbülfəz Elçibəylə görüşüb məsələyə aydınlıq gətirməyə çalışıbmı?
Hazırda hazırda AMEA-nın Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru kimi çalışan Ənvər Əliyev Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib: “Doğrusu, mənim üçün də bu məsələ tam aydın olmadı.
Əbülfəz Əliyev bizim aspirantların yataqxanasındakı “qırmızı guşə”dəki görüşdə dedi ki biz Moskvanın dediyi ilə oturub-durmalıyıq, hesablaşmalıyıq.