“Öncə İran federativ dövlətə çevrilməli, sonra isə Güney Azərbaycan...” | Icma.az
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Mən Xorasan vilayətini də fars məkanı hesab etmirəm.
Çünki orada da Azərbaycan türklərinin nisbəti böyükdür...” “Hesab edirəm ki, İranda bəzi mənbələrin dediyi kimi 50 milyon olmasa da, türkmən və qaşqay türkləri ilə birgə təxminən 45 milyon türk yaşayır.
Yəni 40 milyon xalis Azərbaycan türkü var. Mən Xorasan vilayətini də fars məkanı hesab etmirəm.
Çünki orada da Azərbaycan türklərinin nisbəti böyükdür. Xorasanın ərazisi də böyükdür”.
Bu fikirləri Moderator.az-a açıqlamasında İranda baş verən son proseslər fonunda bu dövlətin tabeliyində olan Güney Azərbaycan türklərinin gələcək taleyi haqda danışan politoloq Qabil Hüseynli dilə gətirib.
“Bütün bunlarla belə, bizim Güney Azərbaycanla birbaşa birləşməmiz mümkün deyil.
Əvvəlcə federallaşma prosesi getməli və İran federativ dövlətə çevrilməlidir.
Federasiyanın subyekti kimi hər bir etnik toplumun qurduğu federal qurum muxtar müstəqilliyə malik olmalı və özünü idarə hüququnu həyata keçirməlidir.
Tam oxu
Xəbəri oxu