Icma.az bildirir, Olke.az portalına istinadən. Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov yeni cərimələrin tətbiq olunmasını təklif ediblər
M.Rəsulov yüksəkdən danışanların cərimələnməsini istəyib. Aytən Səfərova isə bir-birini tanımayan insanların "sən" deyə müraciət etməsinə gö
"Biz dünyəvi dövlətdə yaşayırıq. Kim nə istəyirsə, onu da geyinə bilər.
Öz gözünə, nəfsinə hakim ola bilmirsənsə, bunun başqasına heç bir aidiyyatı yoxdur. Bəlkə bu sənin də bir sınağındır.
Paltara irad tutanlar, yazılmayan qadağalar qoyanlar birbaşa 500 manat cərimələnsin", - deyə A.Səfərova qeyd edib.
Bəs, belə bir cərimələrin tətbiq olunması mümkün ola bilərmi?
Mövzu ilə bağlı Ölkə.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, adamın əlində siqaret tutdurub cərimələmək olmur: “Sözə görə necə cərimələyəcəksən?
Yaxud da hansısa bir ifadəyə görə. Ümumiyyətlə cərimə altında yaşamaq məqbul yol deyil. Cəmiyyətin mədəni səviyyəsi ilə bağlı problem var.