Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gülhüseyn Kazımov - 75 Şair yaxşı söyləyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin”.
Artıq əbədiyyətə qovuşan Gülhüseyn Kazımovu yaxşı tanıyırdım. İçi dolu, məzmunlu və dəyərli dostlarımdan biri idi.
Kim deyibsə düz deyib, həqiqətən də insanlar işdə, vəzifədə, fəaliyyətdə bir-birini əvəz edə bilsələr də, amma həyatda heç kim əvəz olunmur.
Barmaq izləri bir-birini təkrarlamadığı kimi, insanlar da bir-birini təkirarlamırlar, fərqli-fərqli təyinatları icra edirlər.
Onun da öz təyinatı vardı, varlığına biçilən, taleyinə yazılan İlahi təyinat… 1950-ci il fevralın 4-də Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlmişdi.
Dörd ali təhsili vardı. Muzey işçisi də olmuşdu, redaktor da işləmişdi, dövlət qulluğunda da çalışmışdı.
Üstəlik dövri mətbuatda xeyli elmi-publisistik yazıları da çap olunmuşdu.