“Ondan xəbər tuta bilmirik” Təyyarədəki sərnişinin yaxını

26.12.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Ramazanla dünən uçuşdan bir neçə dəqiqə öncə danışmışıq. Çeçenistana işi ilə bağlı bir neçə günlük gedirdi”.

Bu sözləri Globalinfo.az-a Aktau şəhərində qəzaya uğrayan təyyarədə olanlardan biri – Filiyev Ramazanın dostu deyib.

O, Ramazanla bağlı məlumat ala bilmədiklərini qeyd edib:

“Ramazan 1998-ci ildə dünyaya gəlib. Özü əslən Balakən rayonu Şərif kənd sakinidir. Azərbaycanda yaşayırdı, Çeçenistana şəxsi işləri ilə bağlı gedirdi. Hələ də dəqiq xəbər ala bilməmişik. Ramazan evli idi və bir qız övladı var”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью