Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26.10.2026

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Almaniyalı radioloq onkoloq Hüseyn Şahinbaş hipertermiyanın xərçəng müalicəsində əhəmiyyətindən danışıb.

Medicina.az xəbər verir ki, son dövrlər onkoloji xəstələrdə hipertermiya müalicəsi ilə diqqətçəkən nəticələr əldə edilir. Bəzi xəstlərdə şişin kiçilməsi, ağrıların azalması, xəstənin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə olunur.

Almaniyada fəaliyyət göstərən radioloq onkoloq Hüseyn Şahinbaş xərçəng xəstələrinin müalicəsində ənənəvi onkoloji üsullarla yanaşı, hiperterapiyanın da effektivliyinə diqqət çəkir. Mütəxəssisin sözlərinə görə, standart müalicə protokolları- kimyaterapiya və ya şüa terapiyası gözlənilən nəticəni vermədikdə hipertermiyaya müraciət edilə bilər.

Həkim bildirir ki, bu üsul xərçəng ocağının və ya müəyyən hallarda bütün bədənin nəzarətli şəkildə qızdırılmasına əsaslanır. Bədən tempraturunun nəzarət altında yüksəldilməsi nəticəsində sağlam toxumaya zərər dəymədən xərçəng hüceyrələri həssaslaşır. Beləliklə də, zəifləyən hüceyrələr digər müalicəyə daha asan tabe olur, həmçinin kimyaterapiyanın yan təsirləri azalır.

Mütəxəssis qeyd edir ki, onkoloji müalicədə əsas məqsəd xəstəliyə qarşı mübarizənin effektivliyini artırmaqla yanaşı, xəstənin ümumi vəziyyətini və həyat keyfiyyətini mümkün qədər qorumaqdır. Bu baxımdan hiperterapiyanın tətbiqi xəstəliyin növü, mərhələsi, ümumi sağlamlıq vəziyyəti və digər müalicələrlə uyğunluğu nəzərə alınmaqla, mütəxəssis tərəfindən fərdi qaydada qiymətləndirilməlidir.

Radioloq onkoloq Hüseyn Şahinbaşın xərçəng müalicəsində hipertermiyanın tətbiqi haqqında fikirlərini Instagram linkindən də izləyə bilərsiniz.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью