Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xərçəngin müalicəsində tətbiq olunan müasir hipertermiya texnologiyası artıq Azərbaycanda da əlçatandır. Əvvəllər bu müalicə üsulundan yararlanmaq üçün xarici ölkələrə üz tutan pasiyentlər artıq ölkə daxilində bu xidmətdən faydalana bilərlər.
Medicina.az xəbər verir ki, hipertermiya xüsusi cihaz vasitəsilə bədənin müəyyən nahiyəsində və ya daha geniş sahədə temperaturun yüksəldilməsinə əsaslanan üsuldur. Bədən istiliyi həkim nəzarəti ilə 39-42 °C- yə qədər yüksəldilir və beləliklə, temperaturun yüksəlməsi:
• Şiş hüceyrələrini istilik stresinə məruz qoymaqla zəiflədir
• Şiş toxumasında mikrosirkulyasiyanı yaxşılaşdırmaqla xərçəng əleyhinə dərmanların hədəfə çatmasını asanlaşdırır
• Xərçəng əleyhinə müalicələrin (kimyaterapiya, immunoterapiya, şüa müalicəsi) təsirini gücləndirir
• İmmun sistemi tərəfdən şiş hüceyrələrinim tanınmasını asanlaşdırır.
Prosedur tam tibbi nəzarət altında və Alman klinikaları standartları üzrə həyata keçirilir.
Xərçəng xəstəliyinin müalicəsində geniş istifadə olunan bu müalicə immun sistemini gücləndirir, kimyaterapiya və şüa müalicəsinin müsbət təsirlərini əhəmiyyətli dərəcədə artırır və yan təsirlərini minimuma endirməyi hədəfləyir. Beləliklə xəstələrin müalicəsi daha keyfiyyətli olur.
Azərbaycanda hipertermiya cihazının olması onkoloji xəstələr üçün müalicə imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Beləliklə, uyğun tibbi göstərişi olan pasiyentlər bu texnologiyadan yararlanmaq üçün mütləq xarici ölkələrə üz tutmaq məcburiyyətində qalmırlar.