Onkoloji xəstə üçün 811 ci növbə nə deməkdir?

11.05.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdən əziyyət çəkir. Biri var belində ağrı var, 3-5 gün insan dözər, ağrıkəsici istifadə edər. Biri də var onkoloji xəstəsən".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Mehman Rəsulov "Xəbər-ertəsi" proqramında deyib. O, dövlət xəstəxanasındakı növbədən şikayətlənib:

"İcbari sığorta ilə həmin xəstəni özəl bir xəstəxanaya yönləndirə bilərlər. Mən inanmıram ki, hansısa özəl xəstəxanada sən növbədə 811-ci adam olasan. Adam səhər 5-də 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) icbari tibbi sığortadan yararlanıb, amma onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir? 811 diviziya nömrəsidir. Allah heç kimi 811-ci növbədə etməsin. Bizim əhalimizin sayı 50 milyon deyil. Onkoloji xəstənin saniyəsi qızıldır.

Aparıcı Aytən Səfərova isə məsələ ilə bağlı bunları deyib:

"Hər özəl klinikada da MRT aparatı yoxdur. İcbari tibbi sığortadan kifayət qədər yararlanan insanlar var. Yararlanan insanlar səsini çıxarmır, gedib işi ilə məşğul olur. Bir çoxumuz ağız-burun büzürük. Amma inanın ki, növbədə 900-cü adamlar da var. Mədə-bağırsaq, beyin xəstələri də var. Onlar da xəstəliklərinə görə MRT aparatı üçün növbə gözləyir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью