Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Onkoloji xəstəliklər insanlar arasında sadəcə təlafata səbəb olmur.
Belə xəstələrin özləri və doğmaları təlafat baş verənə qədər sarsıntı içində yaşayır".
Redaktor.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu sarsıntının üzərinə də müayinə və müalicə proseslərinin baha olması ailələrə ciddi maddi çətinliklər yaşadır: "Bu səbəbdən çox insanlar ilkin müayinədən, eləcə də müalicədən uzaq qaçıb, taleyini tamlıqla İlahinin ixtiyarına buraxaraq, evində sözlə ifadəsi olmayan üzüntülərlə yaşayır.
Buna görə də onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması məsələsinə ciddi baxılmalıdır.
Başa düşürəm, bu prosess bir çox xəstəliklərlə müqayisədə icbari tibbi sığortaya daha çox vəsait hesabına başa gələcəkdir.
Amma çox vəsait lazımdır deyə, ən dəhşətli xəstəliyə düçar olanları sığortadan kənarda saxlamaq olmaz.
Bir vaxtlar, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi məsələsi gündəmə gələn zaman çox vəsait lazım olacağını səbəb gətirərək bunu bir müddət uzatdıq.