Icma.az bildirir, Oxu.az portalına istinadən. Rusiya alimləri xərçəngə qarşı yeni peyvənd hazırlayıblar və onun istifadəyə tam hazır olduğun
Oxu.Az-ın "İzvestiya" qəzetinə istinadla verdiyi məlumata görə, bu barədə Federal Tibbi-Bioloji Agentliyin (FTBA) rəhbəri Veronika Skvortsov
Onun sözlərinə görə, "Enteromiks" adlı M-RNT əsaslı preparat klinikadan əvvəlki sınaqlardan uğurla keçib.
Sınaqlar peyvəndin yüksək effektivliyini və təhlükəsizliyini təsdiqləyib.
"Avqustun sonunda FTBA preparatın klinik tətbiqi üçün Rusiya Səhiyyə Nazirliyinə rəsmi sənədlər təqdim edib.
Araşdırmalar sübut edib ki, "Enteromiks" peyvəndi şişlərin ölçüsünü azaldır, onların böyüməsini ləngidir və dəfələrlə tətbiq edildikdə belə təhlükəsizdir.
Preparat hər bir xəstə üçün fərdi qaydada hazırlanacaq və orqanizmdəki ribonuklein turşusuna (RNT) uyğunlaşdırılacaq", - deyə Skvortsova bildirib.
FTBA rəhbəri əlavə edib ki, peyvəndin tətbiqinə ilkin olaraq kolorektal xərçəngin müalicəsindən başlamaq nəzərdə tutulur.