Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
“Özəl tibb müəssisələrində onkoloji xidmətin həyata keçirilməsi üçün çox ciddi hazırlıq işləri getməlidir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
“Bu gün Azərbaycanda onkoloji xəstələrə keyfiyyətli xidmət göstərə biləcək özəl tibb müəssisələrin sayı çox məhduddur. Yəni, bu qanunu qəbul etdikdə, o demək deyil ki, bütün özəl tibb müəssisələri onkoloji xidmət göstərəcək. Çox ciddi monitorinq aparılacaq. Biz artıq müvafiq icra hakimiyyəti orqanları ilə əlaqə saxlamışıq, söhbətlər aparmışıq. Monitorinqlərdən sonra hansı özəl tibb müəssisəsinin maddi texniki bazası, kadr potensialı keyfiyyətli onkoloji xidmət göstərməyə imkan verəcəksə, həmin müəssisələrə lisenziya veriləcək”, - komitə sədri bildirib.
Anar Kəlbiyev