Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Onkoloq və tibb elmləri namizədi Yevgeni Çeremuşkin mədə xərçənginin inkişaf riski yüksək olan insan qruplarını açıqlayıb.
Redaktor.az xarici mediaya istinadən xəbər verir.
Həkimin sözlərinə görə, mədə xərçənginə daha çox yaşlı nəsil arasında rast gəlinir. Bu, yaş artdıqca immun sisteminin zəifləməsi, siqaret çəkmə kimi zərərli vərdişlərin illər ərzində yaratdığı mənfi təsirlər və uzun müddət balanssız qidalanma ilə əlaqələndirilir.
Mütəxəssis qeyd edib ki, bəzi digər şiş növləri, əksinə, gənclərdə daha çox müşahidə olunur. Bunlara sürətlə inkişaf edən aqressiv şişlər, o cümlədən limfomalar daxildir. Onların yaranmasında genetik və virus faktorlarının rolu ola bilər.
Çeremuşkinin sözlərinə görə, həddindən artıq acı, duzlu və ədviyyatlı qidalar qəbul edən insanlar da mədə xərçəngi baxımından risk qrupuna daxil ola bilər. Belə qidalanma mədənin selikli qişasında uzunmüddətli iltihaba səbəb olaraq xəstəliyin inkişafı üçün əlverişli şərait yarada bilər.
NURİYYƏ