Onlar 75 yaşa kimi vəzifədə qala biləcək

07.04.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olma yaş həddi artırılıb.

Bakupost.az -ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə artırılıb.

Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью