Onlar aktiv məşğulluq tədbirləri ilə əhatə olundu

14.08.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-iyul aylarında 234 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

“Qafqazinfo” xəbər verir ki, onlardan 103 min şəxs münasib işlərlə təmin olunub, 973 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

10,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 119,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью