Onlar aktiv məşğulluq tədbirləri ilə əhatə olundu

16.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-avqust aylarında 265 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

“Qafqazinfo” xəbər verir ki, onlardan 119 min şəxs münasib işlərlə təmin olunub, 3,3 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

12 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 130,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью