Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10.08.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Almaniya hər gün “hibrid müharibə” çərçivəsində hücumlarla üzləşir.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib.

“Biz müharibə vəziyyətində deyilik, lakin hər gün hibrid müharibənin hədəfinə çevrilirik. Casusluq, təxribat, kiberhücumlar və ya xarici dövlətlərin Almaniyanı sabitsizləşdirməyə və ya birbaşa zərər vurmağa yönəlmiş gizli əməliyyatları daimi reallıqdır”, – Dobrindt bildirib.

Nazirin sözlərinə görə, xarici dövlətlər Almaniyanı siyasi və sosial baxımdan öz təsirləri altına salmağa, cəmiyyətdə qorxu yaratmağa çalışırlar.

Dobrindt qeyd edib ki, bu, Almaniyanın daim qarşılaşdığı reallıqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью