“Onlar arvad davasından və reklamdan qazanır” Aqil Abbas

04.02.2025

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İndi bütün televiziyalarda arvad boğuşmasında, şou proqramında həkimlərin, dərmanların reklamı gedir. Buna əncam çəkmək lazımdır".

Bu sözləri deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat televiziyalarda həkimlərin reklamının düzgün istiqamətdə getmədiyini vurğulayaraq qanuna yenidən baxılmasını tövsiyyə edib:

"Heç görmüsünüz ki, Rəşad Mahmudovu tərifləsinlər? Həkim reklamı düzgün deyil. İstərdim ki, yaz sessiyasının işlər planında reklam haqqında qanuna yenidən baxılsın. Doğrudur, bu, televiziyalara, yəni özəl kanallara böyük ziyan vuracaq. Çünki onlar arvad davasından və reklamdan qazanır". (Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью