Onlar “arzuolunmaz şəxs” elan oluna bilər

21.08.2026

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Miqrasiya Məcəlləsinə əsasən, təhlükəsizlik baxımından vətəndaşlarımızın hüquqlarının müdafiəsi üçün zəruri olduqda müəyyən sayda qurumlar var ki, şəxsləri ölkədə “arzuolunmaz” elan edə bilir. Bu qurumlardan biri də Dövlət Miqrasiya Xidmətidir.

Bunu Hurriyyet.Media əməkdaşının sualına cavabda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

“Digər qurumların müraciəti əsasında da şəxsin “arzuolunmaz şəxs” kimi qeydə alınması mümkündür. Əgər şəxsin fəaliyyəti gələcəkdə ölkəyə gəlməsi üçün məqbul hesab edilmirsə, belə qərar qəbul edilə bilər”, - V.Hüseynov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью