Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. "Qərb və Avropa dairələri uzun illərdir ki, Azərbaycana qarşı düşmənçilik və qərəzl
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, həmin siyasi dairələr, ölkələr öz maraqlarını təmin etmək məqsədilə əlbəttə ki, zamanla Azərbaycanda bəzi "İnsan hüquqları müdafiəçiləri" vasitəsilə, onların maliyyələşdirilməsinə cəhd edilməsi yolu ilə Azərbaycanda müəyyən təxribatlar həyata keçirməyi planlayıblar: "Amma Azərbaycan dövlətinin preventiv tədbirləri, Azərbaycan hüquq və mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində daim bu zərərli təhdidlərin qarşısı qətiyyətlə alınıb.
Amma həmin dairələr xaricdə yaşayan adlarını blogger qoymuş anti-Azərbaycan qüvvələri də maliyyələşdirməklə son zamanlar Azərbaycana qarşı qarayaxma, gözdənsalma və bu kimi təxribatçı fəaliyyət həyata keçirirlər.
Bunun bir çox səbəbləri var. Qərb və Avropa dairələri Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli maraqlara, dövlətçilik maraqları
Onlar Azərbaycanın inkişafını, uğurlarını heç cür həzm edə bilmirlər.
Bunun nəticəsi olaraq yenə də Azərbaycana qarşı bu cür riyakar fəaliyyət həyata keçirirlər.
Xüsusilə, Azərbaycan 44 günlük Vətən müharibəsindəki dünyaya nümunə ola biləcək möhtəşəm qələbəsindən sonra, ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra bu cür hücumlar, Azərbaycana qarşı düşmənçilik mövqeyi daha da geniş vüsət alıb.