Onlar Azərbaycanla müharibə istəyirlər Paşinyan

11.12.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ məsələsinin həll olunmadığını iddia edənlər yeni müharibəyə başlamaq istəyirlər.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Qarabağ məsələsinin həll olunmadığını, Ermənistanda haradasa müzakirələrin getdiyinə dair manşetlərlə rastlaşıram. “Bunu azərbaycanlılar da görür.  Əgər Qarabağ məsələsi həll olunmayıbsa, siz nə təklif edirsiniz? Qarabağ məsələsinin davam etdirilməsi öz gözlənilməz nəticələri ilə yeni müharibə, yeni qurbanlar, yeni sıxıntılar, yeni blokada və s.
Qarabağ məsələsinin həll olunmadığını deyənlər Ermənistanın yeni müharibəyə başlamalı olduğunu iddia edirlər. Ermənistanda yeni müharibəyə çağıran qüvvələr var deyəndə, Azərbaycan belə cavab verir: “O zaman hərbi büdcələri artırmalıyıq. Bu halda, biz “Qərbi Azərbaycan” ritorikasını qəbul etməliyik. Yəni hər şey bu qədər ətraflı izah olunmalıdır.

Nəhayət, biz başa düşməliyik ki, nəyi səhv edirik, niyə daim faciələr, mübarizələr, qırğınlar və soyqırımlarla qarşılaşırıq? İndi bizim taleyimizi dəyişmək şansımız var.
Sülh bərqərar oldu, Qarabağ məsələsi həll olundu, bütün məsələlər həll olundu, Azərbaycanın məsələsi həll olundu, Ermənistanın problemi həll olundu, regionun problemi həll olundu, nəqliyyat məsələsi həll olundu, sərhədlərin müəyyənləşdirilməsi məsələsi həll olundu. Qalan bu qərarlara əməl etməkdir, qalan tək şey təhrikedici bəyanatlar verməməkdir”, – Paşinyan bildirib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью