Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türk istehsalı yeni “Davet Musab” tarixi serialı sentyabr ayında çəkilişlərə başlayacaq.
OLAY yazır ki, Cem Akyoldaşın rejissor kürsüsündə əyləşəcəyi serialın böyük bir hissəsi İranda çəkiləcək.
Serialın qadın baş rolunu canlandıracaq aktrisa da bəlli olub. Gənc nəslin uğurlu ulduzlarından olan Ekin Aksoy “Hamne” obrazına həyat verəcək. Aksoy 16 bölümdən ibarət olacaq serialda Furkan Palalının canlandıracağı “Musab”ın həyat yoldaşı rolunda tamaşaçı qarşısına çıxacaq.
“Davet Musab” İslamdan əvvəlki dövrdə varlı həyatını geridə qoyaraq müsəlman olan və Mədinədə İslamı yayan “Musab”ın hekayəsini güclü prodakşnla ekranlara gətirəcək.