Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, NATO-ya bu yaxınlarda qoşulan ölkələr avtomatik olaraq Rusiya Silahlı Qüvvələrinin “hətta nüvə komponenti də daxil olmaqla mümkün zərbələrinin” hədəfinə çevrilib.
“AzPolitika” xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, Medvedev bunları deyərkən İsveç və Finlandiyanı nəzərdə tutub.
Onun sözlərinə görə, NATO-ya daxil olana qədər Finlandiya və İsveç geosiyasi mövqelərinə və “bir sıra digər amillərə” görə müəyyən beynəlxalq üstünlüklərə malik olublar: “İndi isə onlar bizə düşmən olan blokdadırlar, bu o deməkdir ki, onlar avtomatik olaraq silahlı qüvvələrimiz üçün hədəfə çevrilib, o cümlədən hətta nüvə komponenti daşıyan mümkün cavab zərbələrinin və yaxud hərbi doktrina çərçivəsində qabaqlayıcı tədbirlərin hədəfinə. Onlar artıq silahlı qüvvələrimizin hədəfinə düşüblər. Bundan həyatları yaxşılaşdı? Xeyr! Bunlar siyasi oyunlardır".
“AzPolitika.info”