“Onlar buna layiqdirlər” Yankoviç

18.11.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ"ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi UEFA Millətlər Liqasında sabah Türkiyə ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi "ay ulduzlular"la görüş haqda fikirlərini bölüşüb:

"Türkiyə ilə oyuna yaxşı hazırlaşmışıq. Xal və ya xallar qazanacağımıza ümid edirik. Türkiyəyə qələbə və ya heç-heçə A Liqasına yüksəlmək üçün kifayət edir. Məncə, onlar buna layiqdirlər. Qrupda ən yaxşı futbolu türklər oynadılasr. "Real", "Beşiktaş", "İnter", "Yuventus", "Fənərbağça", "Qalatasaray" kimi klublarda oynayan futbolçuları olan komanda A Liqasına layiqdir".

Monteneqro millisi B Liqasının 4-cü qrupunda 5 oyundan sonra xal qazana bilməyib və sonuncu sıradadır. Türkiyə isə 11 xalla liderdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью