Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad
Biz son iki əsrdə ilk dəfə olaraq torpaqlarımıza tam sahib çıxa bildik və bu, xalqımız üçün tarixi bir dönüş nöqtəsi oldu.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, son günlərdə Türkiyə Cümhuriyyətində qəbul edilən qərar da diqqətəlayiqdir: “Artıq Türkiyədə yaşayan türkdilli vətəndaşlar əcnəbi statusu daşımayacaqlar, iş, sosial təminat və peşə fəaliyyəti sahələrində türk vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar.
Mən hesab edirəm ki, biz də bu təcrübəni nəzərdən keçirməliyik.
Bu, həm demokratik problemlərin həlli, həm də dövlət-vətəndaş münasibətlərinin inkişafı baxımından mühüm addım ola bilər.
Xüsusilə də Gürcüstanda yaşayan soydaşlarımızın qanunvericilik səviyyəsində “soydaş” statusunun tanınmaması bir sıra problemlər yaradır.
Bu məsələni diqqətə almaq və onların hüquqi statusunun dəqiqləşdirilməsi vacibdir.