Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Bitlis vilayətində istidən qorunmaq istəyən camışlar çaya axın ediblər.
“Qafqazinfo” xəbər verir ki, havaların kəskin qızması ilə əlaqədar Budaklı kəndindəki camışlar sərinləmək üçün çaya üz tutur.
Saatlarla suda qalan camış sürüsünün yarattığı mənzərə dronla lentə alınıb.
Kənddə yay aylarında tez-tez rast gəlinən bu təbii mənzərə izləyənlərə Afrikadakı təbiət haqqında sənədli filmlərin kadrlarını xatırladıb.