Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“ShowTV”nin məşhur serialı “Kızılcık Şerbeti”nin dördüncü sezonunun çəkilişləri avqustun 20-də başlayır.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, yeni mövsümdə serial daha iki aktyor qatılacaq.
Onlar Açelya Akkoyun və Mehmet Bilge Aslandır. Ər-arvad kimi serialda oynayacaq aktyorlar “Nilgün” və “Hakan” obrazlarını canlandıracaqlar.
Cütlüyün hamilə olan “Kıvılcım”ın (Evrim Alasya) həkimləri olacağı bildirilir.
Qeyd edək ki, serial yeni mövsümə 19 sentyabr tarixində start verəcək.