Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə məşhur simalara qarşı narkotik maddələrlə bağlı yeni əməliyyat həyata keçirilib.
Axşam.az xəbər verir ki, İstanbulda Bakırköy Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən əməliyyat gerçəkləşdirilib. Araşdırma zamanı 18 şübhəli barəsində gözaltı, axtarış və bioloji nümunələrin götürülməsi ilə bağlı qərar verilib.
İlkin məlumata görə, əməliyyat nəticəsində 15 nəfər saxlanılıb. Onların arasında aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolçu Hasan Şaş da var.
Nəzarətə götürülən digər şəxslərin Yeliz Yeşilçimen, Hande Demir, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı olduğu bildirilir.
Baş Prokurorluğun açıqlamasına əsasən, şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etdikləri, istifadəyə şərait yaratdıqları və ya yer təmin etdikləri ilə bağlı şübhəni dəstəkləyən sübutlar əldə edilib. Şübhəlilərin axtarış və bioloji müayinə prosedurlarından sonra ifadələrinin alınması nəzərdə tutulur.
Hazırda istintaq davam edir.