Onlar da Ukraynaya qaytarıldı FOTOLAR

05.02.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

Modern.az xəbər verir ki, bu barədə hər iki tərəfin rəsmi qurumları məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi 150-150 düsturu ilə hərbçilərin dəyişdirildiyini açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski də mövzu ilə bağlı açıqlama verib. 

“İnsanlarımızı geri qaytarmaq üçün çalışan hər kəsə təşəkkür edirəm. Başda BƏƏ olmaqla tərəfdaşlarımıza və bu yolda bizə dəstək olanlara təşəkkür edirəm. Biz hamını geri qaytarmaq üçün çalışırıq”, - deyə Zelenski bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью