Onlar da vəzifələrini itirdilər | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisi keçirilib.
"Unikal"ın məlumatına görə, baş məclisdə MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Belə ki, Çingiz Hüseynzadə, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və keçmiş voleybolçu Alla Həsənova İK-nin yeni üzvləridir.
Bundan əvvəl İcraiyyə Komitəsinin üzvü olan Hacı Ramil Qəşəm oğlu, Könül Nurullayeva və Mariana Toteva Vasilyeva bu dəfə seçilməyiblər.
Qeyd edək ki, Ramil Hacı 2023-cü ildə Naxçıvanın gənclər və idman naziri vəzifəsindən, Mariana Vasilyeva isə cari ilin yanvar ayında gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunublar.
Könül Nurullayeva isə Milli Məclisin deputatıdır. Anar Kəlbiyev Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu