Onlar dərsə həftədə üç dəfə gedəcəklər

15.09.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində dərs günlərinin sayı artırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-a universitetdən məlumat verilib.

Bildirilib ki, bu ildən etibarən yalnız UNEC-də deyil, ümumilikdə respublika üzrə magistratura səviyyəsində dərs saatları həftəlik 12 saata yüksəldilib.

Bu səbəbdən magistrantlar həftədə üç dəfə dərsə gəlməlidirlər.

Məlumata görə, dəyişiklik magistratura təhsilinin təsnifat standartlarına əsasən həyata keçirilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью