Onlar dövlət reyestrinə daxil edilərkən rüsum ödəyəcək

09.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, eləcə də Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə daxil edilərkən müvafiq rüsum ödəməli olacaqlar.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik layihəsində əks olunub.

Təklif edilən dəyişikliyə əsasən, dövlət reyestrində aparılan dəyişikliklər zamanı da rüsum tutulması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью