Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Latakiya və Tartus şəhərlərində Suriya hökumətinə tabe olan silahlı qüvvələrlə keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələr arasında artıq bir neçə gündür qanlı toqquşmalar gedir.
Axar.az xəbər verir ki, hazırda “Əsəd tərəfdarları” olaraq bilinən nüseyrilər Suriyanın Aralıq dənizi sahillərində yaşayan əhalinin əksəriyyətini təşkil edir.
Onlar keçmiş prezident Bəşər Əsədin atası Hafiz Əsədin hakimiyyətə gəlməsində mühüm rol oynayıblar və məhz Əsəd ailəsinin hakimiyyəti dövründə böyük təsir dairəsinə malik olublar.
Bəs, kimdir bu nüseyrilər? Nüseyrilik IX əsrdə Məhəmməd bin Nüseyrin dini baxışları sayəsində ortaya çıxan və batini inanc kimi xarakterizə
Bu cərəyan İraq ərazisində yaransa da, onun ardıcılları Suriyanın Hələb vilayətinə, oradan da sahil dağları bölgələrinə - indiki Lazkiyə, Ta
Nüseyrilik həm də batini şiə təriqətidir. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili inanc sisteminə malik olmaları ilə bağlıdır.
Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar.