Onlar “Emmi” namizədidir!

09.07.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il “Emmi” mükafatına namizədlərin adları açıqlanıb və dünya şöhrətli musiqi ulduzları Bəd Banni ilə Teylor Svift də namizədlər sırasında yer alıblar.

OLAY yazır ki, həm Bəd Banni, həm də Teylor Svift “Ən yaxşı əyləncə proqramı” nominasiyasında irəli sürülüblər. Bəd Banni “Super Bowl” fasilə şousuna görə “Ən yaxşı canlı şou”, Teylor Svift isə “The Eras Tour | The Final Show” layihəsinə görə “Ən yaxşı əvvəlcədən yazılmış şou” nominasiyasında namizəddir.

Bu, Bəd Banninin “Emmi” mükafatına ilk namizədliyidir. O, “Apple Music” üçün hazırlanmış “Super Bowl LX” fasilə şousunun prodüseri kimi namizəd göstərilib. Ümumilikdə doqquz nominasiyaya layiq görülən bu layihə “Emmi” tarixində ən çox namizədlik qazanan “Super Bowl” fasilə şousu kimi rekorda imza atıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью