Onlar əsgərliyə görə həkim yoxlanışına göndərilməyəcəklər

10.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью