Onlar haqq etdikləri nəticələrə nail ola bilməyiblər Mikel Arteta

29.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci - sonuncu turu çərçivəsində bu gün "Jirona"nın qonağı olacaq "Arsenal"ın baş məşqçisi Mikel Arteta oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Son bir neçə ildə böyük titullar qazanmağa çox yaxın olmuşuq. Növbəti mərhələyə adlamalıyıq. "Jirona"nın Çempionlar Liqasında keçirdiyi bütün oyunlara baxmışam. Bu komanda və onun baş məşqçisi xoşuma gəlir. Onlar haqq etdikləri nəticələrə nail ola bilməyiblər".

Qeyd edək ki, 16 xalı olan "Arsenal" ÇL-in turnir cədvəlində 3-cü, "Jirona" isə 3 xalla 31-ci pillədə mövqe tutub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью