“Onlar hədəfimiz olacaq”: Husilər Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

20.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Yəməndə husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya arasında gərginlik yenidən artır. Husilər Hudeyda limanına mümkün hücuma cavab olaraq Səudiyyə Ərəbistanının Ciddə və Qırmızı dəniz sahilindəki digər limanlarını vuracaqları ilə hədələyiblər.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Sari sosial şəbəkədəki paylaşımında koalisiyanın Hudeydaya hücum edəcəyi təqdirdə Səudiyyə limanlarının qrupun hədəfinə çevriləcəyini bildirib.

Bu açıqlama koalisiya qüvvələrinin Hudeyda limanının boşaldılması ilə bağlı xəbərdarlığından sonra verilib. AFP-nin məlumatına görə, koalisiyanın sözçüsü Turki əl-Maliki mülki əhalinin təhlükəsizliyini əsas gətirərək limanın tərk edilməsinə çağırış edib.

Qeyd edək ki, Hudeyda limanı husilərin nəzarətindədir və Yəmənin Qırmızı dəniz sahilində yerləşən strateji obyektlərindən sayılır. Son həftələrdə bölgədə qarşılıqlı atışmaların artması vəziyyəti daha da gərginləşdirib.

Husilər daha əvvəl də Səudiyyə Ərəbistanına qarşı dron və raket hücumları həyata keçirdiklərini açıqlayıblar. Bununla belə, hazırkı bəyanat Ciddə və digər limanlara artıq hücum edildiyi anlamına gəlmir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью