Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Time” jurnalı bu il “Nvidia” şirkətinin baş direktoru Jensen Huang, Meta şirkətinin təsisçisi və baş direktoru Mark Zukerberq və amerikalı iş adamı İlon Mask da daxil olmaqla bir qrup süni intellekt memarını "İlin Adamı" elan edib.
Metbuat.az xəbər verir ki, bu barədə “Time”ın veb saytında məlumat paylaşılıb. Bildirilir ki, "İlin Adamı" adı tək bir ad kimi deyil, "süni intellekt memarları" qrupu kimi seçilib. Jurnalın üz qabığındakı şəkildə süni intellekt texnologiyalarının inkişafında öncülük edən bir çox şəxs təsvir olunub.
Üz qabığının ərsəyə gətirilməsində Çarlz Klayd Ebbetsin 1932-ci ildə çəkilmiş məşhur "Lunch atop a Skyscraper" fotosundan istifadə edilib.