Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi istifadə etməkdə maraqlı olmadıqda, ona arxasını çevirəcək.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
Rusiya rəsmisinin iddiasına görə, Avropa Birliyi və ABŞ Ermənistan və vətəndaşlarının rifahında maraqlı deyil.
Medvedyev hesab edir ki, İrəvanın Qərblə daha da yaxınlaşması fonunda Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistan üçün ciddi nəticələrə səbəb ola bilər:
“AB və ABŞ bu ölkənin vətəndaşlarının rifahına qətiyyən əhəmiyyət vermir. Ermənistan bir gün onlar üçün Rusiyaya qarşı alət kimi maraqlı olmadıqda, Qərbin “siyasi flügerləri” bütün vədlərindən dərhal imtina edəcəklər, sanki bu vədlər heç vaxt olmamış kimi”.
O əlavə edib ki, İrəvan Qərblə yaxınlaşma yolunu davam etdirməsinə baxmayaraq, ABŞ və AB Ermənistanı dəstəksiz qoya bilər.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavininin fikrincə, Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistanda dərin daxili böhrana, bəlkə də daha pis nəticələrə gətirib çıxara bilər.