Onlar məndən cavab gözləyir, gələn həftə çətin olacaq

21.11.2025

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib.

Zelenski 24 fevralda Ukraynaya xəyanət etmədiklərini, bundan sonra xəyanət etməyəcəklərini bildirib.

“Bilirəm ki, xalqım yanımdadır”, – Zelenski qeyd edib.

O, gələn həftə çətin və hadisəli olacağını bəyan edib: “Siz yetkin və məlumatlı bir xalqsınız. Bu müddət ərzində çox təzyiq olacaq. Düşmən yatmır”.

İndi tariximizin ən çətin anlarından biridir-deyə Zelenski xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna çox çətin bir seçimlə – ya ləyaqətini, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər: “Ya çətin 28 bənd, ya da son dərəcə çətin qış, ən çətin və daha çox risk. Onlar bizdən cavab gözləyirlər, amma mən bunu 2019-cu il mayın 20-də Ukraynanın suverenliyini və müstəqilliyini müdafiə etməyə sadiq olduğumu deyəndə verdim”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью