Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi azadlığına qovuşmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır.
"Cebheinfo.az" xəbər verir ki, onlardan artıq 230 sakin məşğulluq tədbirlərinə cəlb edilib.
O cümlədən özünüməşğulluq proqramı çərçivəsində 34 sakin üçün kiçik ailə təsərrüfatları qurulub.
Sakinlərdən 9 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin