Onlar milyonlar QAZANIRLAR

09.07.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi futbol ulduzunun malik olduqları sərvətlər milyonlarla ölçülür.

Bakıvaxtı.az “sosaviral.com”a istinadən onlardan bəzilərinin sərvətini təqdim edir.

Zinəddin Zidan - 120 milyon avro

Zinəddin Zidan dünyada məşhurdur. Onu hər bir futbol azarkeşi tanıyır. Meydandakı qəhrəmanlıqları nəzərə alındıqda, bu başa düşüləndir. O, oyunçu kimi təqaüdə çıxdıqdan sonra da xəbərlərdə yer almağa davam edir.

Zizu kimi də tanınan Zidan hazırda "Real Madrid"in meneceri vəzifəsində çalışır. Onun sərvəti çox böyükdür. Hətta futbolçu kimi də o, artıq kifayət qədər varlı idi və bu da ona 50 milyon avroluq müqavilədən imtina etməyə imkan verirdi.

Onun hazırkı sərvəti təxminən 120 milyon avro olaraq qiymətləndirilir.

Kilian Mbappe - 45 milyon avro

Kilian Mbappe ən varlı futbolçulardan biridir və ildə təxminən 20 milyon avro maaş alır. Meydanda nümayiş etdirdiyi inanılmaz istedadı nəzərə alsaq, o, bunu mütləq qazanıb. Onun müqaviləsi hələ də qüvvədədir və 180 milyon avroluq satın alma bəndini özündə ehtiva edir.

20 milyon avroluq maaşından əlavə, Mbappe digər xərclər (sürücü, kirayə və s.) üçün də 30 min avro alır.

O, həqiqətən də çox dəyərli bir oyunçudur və xalis sərvəti təxminən 45 milyon avro olaraq qiymətləndirilir.

Lionel Messi - 339 milyon avro

Lionel Messi hücumçu rolunu parlaq şəkildə yerinə yetirdikdən sonra gözəl oyunun əsl canlı əfsanəsinə çevrilib. IFFHS-ə görə, o, onilliyin ən yaxşı oyunçusudur. O, həmçinin bütün dövrlərin ən böyük futbolçularından biridir. O, əsasən "Barselona"da oynayıb, baxmayaraq ki, bu yaxınlarda komandadan ayrılıb.

Hər halda, onun istedadı və şöhrəti qızıla dəyər, çünki o, hazırda dünyanın ən varlı insanları arasındadır.

Lionel Messinin sərvəti 339 milyon avrodur ki, bu da bir çoxlarının arzuladığı məbləğdir.

Kərim Benzema - 130 milyon avro

Kərim Benzemanın sərvəti təsir edicidir. Bu Real Madrid hücumçusu, sərvətinə baxmayaraq, bir şey arzulayanda onu həyata kçeirir. Məsələn, o, bu yaxınlarda 2 milyon avroluq “Bugatti Veyron” alıb. Bu sərvət onun futbolçu kimi maaşından gəlir.

Real Madriddə Kərim Benzema təxminən 35 milyon avro və ya mövsümdə 13 milyon avro qazanıb. Bu, sponsorluq müqavilələri ilə birlikdə ona 130 milyon avro xalis sərvət toplamağa imkan verib.

“Bugatti”dən əlavə, o, Moralejada 5 milyon avroluq ev də alıb.

Neymar - 180 milyon avro

16 yaşından etibarən Neymarın videoları internetdə yayılmağa başladı və o, artıq müstəsna bir gələcəyə can atırdı. 2013-cü ildə "Barselona" onu transfer etdi və o, dörd mövsüm Çempionlar Liqasını qazanaraq turnirin ən çox qol vuran oyunçusu oldu. 2017-ci ildə PSJ onu rekord həddə - 220 milyon avro transfer haqqı ilə transfer etmək qərarına gəldi.

O, reklam müqavilələrindən əldə etdiyi gəlirə əlavə olaraq 35 milyon avroluq stratosferik maaş qazanır.

180 milyon avroluq sərvəti ilə Neymar maliyyə narahatlıqlarını unuda və yalnız futbola diqqət yetirə bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью