Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
CIA direktoru Con Retkliff Moskvaya səfəri zamanı ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli sammit keçirilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşrin məlumatına görə, səfərin məqsədlərindən biri Rusiya xüsusi xidmət orqanlarının Putini ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə danışıqlara qayıtmağa inandıra bilib-bilməyəcəyini müəyyənləşdirmək olub.
Zelenski daha əvvəl belə bir sammitin keçirilməsinə razılıq versə də, Putin bundan imtina edib.
Moskvada CIA direktoru Con Retkliff Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovla görüşüb. Daha sonra ABŞ rəsmiləri danışıqlar barədə Zelenskini məlumatlandırıblar.
Bununla yanaşı, “The New York Times” yazır ki, ukraynalı rəsmilər Putinin niyyətlərinə son dərəcə skeptik yanaşırlar. Onlar hesab edirlər ki, Rusiya lideri müharibənin genişmiqyaslı eskalasiyasına hazırlaşır.
Ukrayna ilə Rusiya arasında danışıqlar İranla müharibənin başlamasından sonra fevralın ortalarında dayandırılıb. Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə təmaslar artıq sentyabr ayında bərpa oluna bilər.
Bizim.Media