futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançıları medalçılar sırasından kənarda qalıblar.
Futbolpress.az xəbər verir ki, qadınların yarışında 70 kq çəki dərəcəsində qüvvəsini sınayan Südabə Ağayeva 1/8 final mərhələsində portuqaliyalı Tais Pina ilə qarşılaşıb. Gərgin keçən duel rəqibin minimal üstünlüyü ilə yekunlaşıb.
Kişilərin mübarizəsində 73 kq-da tatamiçiyə çıxan Kamran Süleymanov da 1/16 finalda Özbəkistan təmsilçisi Zamoxşari Bekmurodova ipponla məğlub olub.
Bununla da hər iki təmsilçimiz beynəlxalq yarışda medala həsrət qalaraq mübarizəni vaxtından əvvəl başa vurublar.