Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Orucun konfransdakı çıxışını təqdim edirik: 106 yaşlı Azərbaycan parlamenti xalqımızın bir əsrlik keşməkeşli tarixini, üç fərqli formasiyanın üstünlüklərini və ziddiyyətlərini özündə əks etdirir.
800 yaşlı İngiltərə parlamenti ilə müqayisədə Azərbaycan qanunvericilik orqanı gənc sayılır, lakin milli parlamentarizm institutumuzun həyata keçirdiyi fəaliyyət bütün dünya üçün örnəkləri, meyar idealları var.
1918-ci ildə dünya siyasi xəritəsinə şərqdə ilk Cümhuriyyət kimi daxil olan Demokratik Respublikanın çoxmillətli və çoxqütblü parlamenti 23 ayda 5 hökumət dəyişikliyindən sonra İrəvan itkisi ilə tarixə qovuşdu.
Ardınca vahid mərkəzi idarəçilik, hətta Stalin dövründə Azərbaycan Ali Soveti millətimizin hüquqi, siyasi və mədəni intibahını, qabaqcıl ziyalıların və çoxmilyonlu zəhmətkeş sinfin arzularını həyata keçirən xalq hakimiyyəti oldu.
Ötən əsrin 70-ci illərində böyük dövlət adamı Heydər Əliyevin Azərbaycana başçılığı ölkəmizi faktiki müstəqilliyə qovuşdurmaqla nəhəng quruculuq işlərinin hüquqi platformasına çevrildi.
Ali Qanunverici orqanda qəbul edilən beş illik planlar, qalib keçici qırmızı bayraqlar və təltiflər millətimizin həyatını köklü şəkildə dəyişdirdi.