“Onlar Obamaya güldülər” Trampdan diqqətçəkən açıqlama

17.06.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki,  2015-ci ildə İranla imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində ABŞ-nin keçmiş prezidenti Barak Obama Tehrana böyük məbləğdə vəsait göndərib.

Redaktor.az xəbər verir ki, Amerika lideri bu barədə "Sky News"ə müsahibəsində danışıb.

Onun sözlərinə görə, İran tərəfi həmin dövrdə Obamanın addımlarını ciddi qəbul etməyərək ona istehza ilə yanaşıb.

“Onlar Obamaya güldülər və dedilər ki, o, axmaqdır”, – deyə Tramp bildirib.

ABŞ lideri həmçinin iddia edib ki, İran bu razılaşma çərçivəsində göndərilən milyardlarla dolları böyük məmnunluqla qarşılayıb.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью