Onlar pensiyaya daha tez çıxa bilər AÇIQLAMA

04.02.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alan şəxslərin sayında artım qeydə alınıb. Dövlət Sosial Müdafiə Fondunun yaydığı son məlumatlar göstərir ki, güzəştli şərtlərlə təqaüdə çıxanların statistikası yuxarıya doğru dəyişməkdədir.
İqtisadçı ekspert Razi Abasbəyli Demokrat.az-a bildirib ki, Azərbaycanda ötən il xüsusi kateqoriyaya aid əmək pensiyası alan şəxslərin sayı 151 min nəfər olub:
“Bu kateqoriyaya əsasən ağır mədən sənayesində, ağır və zərərli istehsalat sahələrində, eləcə də yeraltı qazıntı işlərində çalışan şəxslər daxildir. Qanunvericiliyə əsasən, kişilər üçün 12 il 6 ay, qadınlar üçün isə 10 il bu sahələrdə işləmək kifayətdir ki, onlar xüsusi əmək pensiyası almaq hüququ qazansınlar. Xüsusi əmək pensiyaları Nazirlər Kabinetinin müəyyən etdiyi sahə və peşələr üzrə tətbiq olunur və əsasən ağır, zərərli əmək şəraitində çalışanlara şamil edilir. Hətta qismən ağır və zərərli sektorlarda çalışan şəxslərə də 5 il tez pensiyaya çıxmaq imkanı verilir”.
Ekspertin qeyd etdiyi sözügedən meyarlar minlərlə vətəndaşın sosial təminatına birbaşa təsir edir. Ağır şəraitdə çalışanlar üçün müəyyən edilən imtiyazlar təkcə vaxtla məhdudlaşmır, həm də ödənişin məbləğində özünü göstərir.
İqtisadçı bildirib ki, bu tələbləri ödəyən şəxslər xüsusi kateqoriyalı əmək pensiyası alanlar hesab olunur:
“Onların pensiyası standart əmək pensiyasından fərqli olaraq hesablanır. Hər il üçün pensiya məbləği 1,5 əmsalla vurulur. Bu da onların daha yüksək pensiya almasına şərait yaradır. Hazırda bu il üzrə dəqiq statistika açıqlanmayıb. Lakin ağır sənaye sahələrində iş yerlərinin artması bu kateqoriyaya aid şəxslərin sayının və nəticə etibarilə pensiyaya çıxanların sayının artmasına səbəb olur”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью