Onlar Putini buna inandırmalıdırlar “Ekonomist”

14.08.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Senatı Rusiyaya iqtisadi təzyiqi gücləndirmək və Prezident Vladimir Putini Ukraynaya qarşı müharibədən əl çəkməyə məcbur etmək məqsədi daşıyan qanun layihəsini təsdiqləyib. Eyni zamanda, sənəd hazırkı formada ABŞ iqtisadiyyatı və dünya ticarəti üçün yeni risklər yarada bilər. Çünki layihə prezidentin gömrük rüsumları tətbiq etmək səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb.

Nəşrin müəllifləri qeyd edirlər ki, Putin müharibənin davam etdirilməsinin Rusiyaya onu dayandırmaqdan daha baha başa gəldiyinə əmin olmayana qədər, böyük ehtimalla, müharibəni dayandırmayacaq:

“Ukrayna və onun tərəfdaşları Rusiya prezidentini qələbənin mümkün olmadığına inandırmalı və təcavüzün davam etdirilməsinin Rusiyanı yalnız zəiflədəcəyini nümayiş etdirməlidirlər”.

Qeyd edək ki, avqustun 7-də ABŞ Senatı Putinə, digər Rusiya rəsmilərinə, enerji layihələrinə və maliyyə qurumlarına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Məqsəd Rusiya Ukrayna ilə sülhə razılaşana qədər ona təzyiqi davam etdirməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью