Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinlə danışmaq istəmir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putinlə dialoqa başlamaq və ya danışıqları təşkil etmək üçün heç bir təklif almamışıq. Bu istiqamətdə hər hansı siqnal yoxdur”, – deyə o, əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Finlandiyanın Prezidenti Aleksandr Stubb Avropa liderlərinin Putinlə görüşməli olduğunu deyib. O, xüsusilə Fransa və ya Böyük Britaniya rəhbərlərinə işarə edib.
Əliyar Xəlil
Globalinfo.az